Bakının Nərimanov rayonu, Vladimir Mayakovski küçəsi, 9/8 ünvanında sökülən yataqxana binasında uçqun olub.
Qəza anının əks olunduğu görüntülər Oxu.Az-ın redaksiyasına göndərilib.
Hadisə ötən gün axşam saatlarında olub. Xəsarət alan olmayıbSakinlər bildirir ki, bina sökülən zaman təhlükəsizliyə tam riayət olunmayıb:
“Bina dağıldıqdan sonra ətraf lentlənib. Bir həftədir ki, kirayə mənzillərə köçmüşük. Nərimanov rayon İcra Hakimiyyətindən bizə bildiriblər ki, 18 ay sonra yeni mənzillə təmin olunacağıq”.
İcra Hakimiyyətindən Oxu.Az-a bildirilib ki, bir neçə gündür qəzalı vəziyyətdə olan bina sökülür.
Qeyd edək ki, bir müddət əvvəl Baku TV 30 ailənin bu binada təhlükəli vəziyyətdə yaşaması barədə reportaj hazırlamışdı