Qazax Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş futzal yarışı təşkil olunub.

Olimpiya İdman Kompleksində təşkil olunan yarışda rayondakı müxtəlif idarə və təşkilatların komandaları qalib adı uğrunda mübarizə aparıb. Yarışların son günündə təşkil olunan və şəhid ailələrinin üzvlərinin iştirak etdiyi mükafatlandırma mərasimində əvvəlcə Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi yad edilib. Qazax RPŞ-nin rəisi, polis polkovniki Sənan Əsədov Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin sentyabr ayında başlanan və 44 gün davam edən Vətən müharibəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad olunmasının xalqın yaddaşına qızıl hərflərlə yazıldığını və daim qürurla xatırlanacağını bildirib. Çıxışlarda bu müqəddəs amal uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edilib, xatirələri bölüşülüb.

Qeyd edək ki, futzal yarışının qalibi Rayon Polis Şöbəsinin komandası olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir