Bakıda sevgilisinə görə intihar edən qız 4 qat Avropa çempionu imiş – YENİLƏNİB

Bakıda özünü yaşadığı binanın 4-cü mərtəbəsindən atıb öldürən 18 yaşlı qadın 4 qat Avropa çempionu imiş.

Pressxeber.az APA-ya istinadən xəbər verir ki, 18 yaşlı Aynur Məmmədova akrobatika üzrə 4 dəfə Avropa çempionu olubmuş.
**
9 iyun
Bakıda 18 yaşlı qadın intihar edib.

Anews.az-ın məlumatına görə, Nizami rayonda yaşayan 2001-ci il təvəllüdlü Məmmədova A. yaşadığı binanın 4-cü mərtəbəsindən özünü atıb.

18 yaşlı qadın 3 saylı Kliniki Tibbi Mərkəzə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin təfərrüatına görə, A. Məmmədova bir müddət əvvəl həyat yoldaşından boşanıb. Azyaşlı övladı ilə ata evinə gəlib. A. Məmmədova bundan sonra bir nəfər şəxslə sevgi münasibəti yaşayıb, lakin anası qızına bu məsələ ilə bağlı qadağa qoyub.

Qız bundan sonra intihar edib. A. Məmmədovun azyaşlı bir qız övladı olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir