“Bavariya” qapıçısı Manuel Noyerlə yeni müqavilənin şərtlərini razılaşdırıb.
Oxu.Az xəbər verir ki, Almaniya klubu 38 yaşlı veteranla 2026-cı ilin yayına qədər nəzərdə tutulan anlaşma imzalayacaq.
Müqavilənin bütün detallarında razılıq əldə olunub. Tərəflər yaxın günlərdə bunu rəsmiləşdirəcəklər.
Qeyd edək ki, hazırda zədəli olan Noyer bir müddətdir meydanlardan kənar qalıb.