Bu barədə jurnalistlərə açıqlamasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.
Zaur Əliyev onu da bildirib ki, paytaxtdan həkimlər bölgələrə ezam olunacaq. Artıq bununla bağlı layihə üzərində işlənilir. Bölgələrə işləmək üçün gedən həkimlərə əlavə ödənişlərin olması ilə bağlı təkliflər müzakirə edilir. Məqsəd rayon sakinlərinin müalicə üçün Bakıya gəlməmələrini təmin etməkdir. Zaur Əliyev gələn ildən həkimlərin maaşlarında ikihissəli artımın olacağını da bildiribQurum rəhbəri deyib ki, bütün tibb məntəqələrində icbari tibbi sığortanın gələn ildən tətbiqi ilə bağlı hazırlıq işləri aparılır.
Zaur Əliyevin sözlərinə görə, icbari tibbi sığorta ilə bağlı bütün sənədlərin sentyabr ayında təsdiqlənməsi gözlənilir.
Qeyd edək ki, bu gün “Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək” tvininq layihəsinin bağlanış mərasimi keçirilib