Vilayət Eyvazov kollegiya iclası keçirir

Vilayət Eyvazov

Daxili İşlər Nazirliyində (DİN) geniş kollegiya iclası keçirilir.

“Report”un məlumatına görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun sədrliyi ilə keçirilən toplantıda DİN-in kollegiya üzvləri, baş idarə, idarə və xidmət rəisləri, məsul əməkdaşlar, Azərbaycanın bütün şəhər və rayon polis idarə, şöbə və bölmələrinin rəisləri iştirak edirlər.

İclasda 2019-cu ilin 6 ayı ərzində ölkədə cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, mülkiyyət əleyhinə olan cinayətlərin qarşısının alınması sahəsində görülən tədbirlər və qarşıda duran vəzifələr müzakirə olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir