Şirvanda toyda kütləvi zəhərlənmə

Şirvan şəhərində yerləşən “Yeganə” şadlıq sarayında kütləvi zəhərlənmə olub.

“Qafqazinfo”nun məlumatına görə, zəhərlənməyə toy zamanı istifadə edilən pirotexniki vasitə səbəb olub.

Nəticədə 10-dan çox şəxsin zəhərləndiyi bildirilir. Onlar dərhal xəstəxanaya çatdırılıblar.

Hazırda Şirvan rayon Polis İdarəsinin əməkdaşları hadisə yerindədir. Sözügedən restorana təcili tibbi yardım maşınları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir