Bu ilin altı ayında toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 233,3 milyon manat dəyərində məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə toxuculuq sənayesində 51,2 faiz, geyim istehsalında 3,3 faiz, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında isə 2 faiz artım müşahidə olunub.