Yəqin ki, hamı başqalarından daha qamətli və daha gözəl görünən modelləri heyranlıqla seyr edir.
26 Yaşlı Sara Qyuts isə başqa modellər kimi olduğundan gənc və gözəl deyil, əksinə qoca 50-60 yaşlarında görünür. Düz 10 il əvvəl o nadir genetik xəstəliyə tutulduğunu anladı.Sara Elers Danlos sindromundan əziyyət çəkir.Bu sindrom birləşdirici toxumaların xəstəliyi nəticəsində dəridə kollagen istehsalının azalması ilə müşahidə olunur.
Nəticədə qızın dərisi vaxtından əvvəl qırışıb salllanmağa başlayıb. Lakin 26 yaşlı model öz xəstəliyindən utanmayaraq bunu bütün dünyaya nümayiş etdirməyə, hətta bu yolla pul qazanmağa başlayıb.