“Biz Əfqanıstandakı əməliyyat fəaliyyətimizi bacardığımız qədər tez məhdudlaşdıracağıq”.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibib Maykl Pompeo bildirib.
Onun sözlərinə görə, ABŞ qoşunlarının Əfqanıstandan çıxarılacağı dəqiq tarix müəyyən edilməyib, ancaq Ağ ev bunu qısa müddətə etmək niyyətindədir.
Dövlət katibi vurğulayıb ki, ABŞ hərbçilərinin mövcudluğu müddətini azaldılması Əfqanıstanda terrorçuluğun aradan qaldırılması planına uyğun olmalıdır.