Batumidə bıçaqlanan Azərbaycan vətəndaşlarının ikisi xəstəxanadan evə buraxılıb.
Vəziyyəti nisbətən ağır olan digər azərbaycanlı turist isə əməliyyat olunub.
Həkimlər əməliyyat olunan şəxsin vəziyyətinin sabit olduğunu bildiriblər. O, reanimasiya şöbəsinə yerləşdirilib.
Azərbaycan vətəndaşlarını bıçaqlamaqda şübhəli bilinən şəxsin 2001-ci il təvəllüdlü Gürcüstan vətəndaşı olduğu bildirilir.
***
Ötən gecə Gürcüstanın Batumi şəhərində kütləvi dava olub.
Ədliyyə Evi yaxınlığında, çimərlikdə baş verən mübahisə qarşıdurma ilə nəticələnib.
Kütləvi dava zamanı 3 Azərbaycan vətəndaşı bıçaq yaraları alıb. Onlar xəstəxanaya çatdırılıb.
Həkimlərin bildirdiyinə görə, onlarından ikisinin vəziyyəti sabit, digərinin vəziyyəti isə nisbətən ağırdır.
Qarşıdurmanın səbəbi hələ məlum deyil.
Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı araşdırma aparır.
(report)