Prezident İlham Əliyev Şahin Bayramovun Mingəçevir Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla Şahin Vaqif oğlu Bayramov Mingəçevir Dövlət Universitetinin rektoru təyin edilib.
***
Prezident İlham Əliyev Vilayət Vəliyevin Azərbaycan Texniki Universitetinin rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla Vilayət Məmməd oğlu Vəliyev Azərbaycan Texniki Universitetinin rektoru təyin edilib.
Qeyd edək ki, V.Vəliyev 1960-cı il martın 28-də anadan olub. O, bu təyinata qədər İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru vəzifəsində çalışıb.
V.Vəliyev 112 elmi əsərin, o cümlədən 40-dan artıq xaricdə çap olunmuş əsərin, həmçinin 1 monoqrafiya və 1 dərsliyin müəllifidir. Onun elmi rəhbərliyi ilə 12 elmlər namizədi (fəlsəfə doktoru) hazırlanıb.
Rus və ingilis dillərini bilir.
Ailəlidir, iki övladı var. (Report.az)