Bakı-Qazax yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə yolun Hacıqabul rayonundan keçən hissəsində qeydə alınıb.
90-XF-403 dövlət nömrə nişanlı “Mersedes” markalı avtomobil dəmir arakəsməyə çırpılıb. Zərbənin təsirindən maşın 30-40 metr sürüşüb.
Qəza zamanı ölən və yaralananlarla bağlı məlumat verilmir.
Hadisə nəticəsində avtomobilə və yol təsərrüfatına ciddi ziyan dəyib.