“Ötən gün gecə saatlarında qəza nəticəsində Abşeron rayonu Quşçuluq massivinin və Masazır qəsəbəsinin bəzi yerlərində elektrik enerjisinin verilişində yaranan fasilə operativ şəkildə aradan qaldırılıb”. Bunu “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
T.Mustafayevin sözlərinə görə, hazırda ölkə boyu hər yerdə dayanıqlı elektrik enerjisi təchizatı var:
“Ötən gecə baş verən qəzadan dərhal son əməkdaşlarımız və texnikamız hadisə yerinə yollandı. Görülən operativ işlər nəticəsində qısa zamanda qəzanın nəticələri aradan qaldırılıb və istehlakçılar fasiləsiz elektrik enerjisi ilə təmin edilib”.