UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunlarına start verilib.
AZXEBER.COM xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən “Qarabağ” da Tofiq Bəhramov adına Respublika Stadionunda növbəti matçına çıxıb.
Ağdam təmsilçisi Kiprin APOEL klubunu qəbul edib. Səfərdə rəqibinə 2:1 hesabı ilə qalib gələn Qurban Qurbanovun komandası Kiprdə əldə etdiyi üstünlüyü qorumaqla pley-off mərhələsinə yüksələ bilərdi.
Lakin APOEL klubu vurduğu iki qolla “Qarabağ”ı 2:0 məğlub edərək növbəti mərhələyə adlayıb. 34-cü dəqiqədə De Vinsenti penaltidən fərqlənibsə, 68-ci dəqiqədə Matiç ikinci topu qapıdan keçirib.