Müğənni Mətanət Əsədova cənub bölgəsində baxıcı kimi məşhur olan Molla Məmmədsəfanın qəbuluna gedib.
Anews.az-ın əldə etdiyi görüntülərdə Məmmədsəfanın döşəyin üstündə yayxanmış vəziyyətdə, Əsədovanın isə onun ayaqları altında bardaş qurduğunu görürük.
İfaçı ilə falçı arasındakı dialoqu təqdim edirik:
Məmmədsəfa: – Min dərd var, məndə min beş yüz dərman var. Bir dəfə də oxu, get!
Mətanət Əsədova: – Hə, oxuyum, sonra baxarsan da.
– Orada, o o…ların yanında necə oxuyurdun, mənimçün də elə oxu.
– Nə oxuyum səninçün? Mahnı, yoxsa muğam?
– Muğam.
Qeyd edək ki, Azərbaycan şou biznesinin məşhur “ulduzları” Məmmədsəfanın daimi müştəriləridir.