İzmirdəki bir proqram üçün Manisadan yola düşən hakim Ədalət və İnkişaf Partiyasının (AKP) deputatlarının olduğu 3 maşınlıq konvoyda meydana gələn qəzada deputatlar Murat Baybatur və Mehmet Əli Özkan, eləcə də digər iki nəfər yaralanıb.
Lent.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, qəza Çiçəkli qovşağı yaxınlığında qeydə alınıb. Deputatların olduğu avtomobil başqa bir avtomobillə toqquşub.
Yaralılar Manisa şəhər Xəstəxanasına yerləşdirilib. Onların həyatı üçün təhlükə olmadığı bildirilir.