Qəbələ rayonu, Tüntül kəndində şəhid Atakişiyev Rüstəm Zahid oğlunun ailəsi ziyarət olunub

 

Ehtiyatda olan Xüsusi Təyinatlılar İctimai Birliyinin sədri polkovnik Şaiq Məmmədovun təşkilatçılığı ilə Qəbələ rayonu, Tüntül kəndində şəhid Atakişiyev Rüstəm Zahid oğlunun ailəsi ziyarət olunub. Şəhid ailələrinin, müharibə əlilləri və veteranlarının Ehtiyatda olan Xüsusi Təyinatlılar İctimai Birliyi tərəfindən daim diqqət və qayğı ilə əhatə olunduqları ailənin diqqətinə çatdırılmış, onlara Novruz bayramı ilə əlaqədar bayram sovqatı təqdim edilmişdir. Şəhid Rüstəm Atakişiyevin ailəsi İctimai Birliyin sədrinə və birliyin kollektivinə öz təşəkkürünü bildirmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir