Xocavənd rayonunun Qarqar kəndində yerləşən  1664-cü il Alban məbədi

 

Xocavənd rayonunun Qarqar kəndində yerləşən 1664-cü ilə aid məbəd Azərbaycanın mühüm tarixi-memarlıq abidələrindən biridir. Bu tikili XVII əsrdə inşa edilmiş xristian ibadət məbədi olub və memarlıq xüsusiyyətlərinə görə Qafqaz Albaniyasının xristian irsinə aid edilir. Məbəd yonulmuş yerli daşlardan tikilmiş, qalın divarları və sadə, möhkəm memarlıq üslubu ilə dövrünün dini tikililərinə xas xüsusiyyətləri özündə əks etdirir.
Qarqar kəndi adını qədim Qafqaz Albaniyasında yaşamış qarqar tayfasından almışdır. Tarixi mənbələrə görə, qarqarlar Albaniyanın ən qədim tayfalarından biri olmuş, IV əsrdə Qafqaz Albaniyasında xristianlığın qəbulundan sonra bu dini mənimsəmişlər. Həmin dövrdən etibarən Qarabağın müxtəlif bölgələrində, o cümlədən Qarqar kəndində xristian məbədləri inşa edilmişdir.
Zöhrə Səmədova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir