
Sənətci , Xanəndə, ifaci, mədenəyyet işcisi Elnarə Rzaquliyevadan Mehriban Əliyevaya doğum günü təbriki .
Bu gün Azərbaycan xalqının milli – mənəvi sərvəti Muğam ifaçılığı sənətinin, Milli musiqimizin dünyada təbliğində, inkişafında misilsiz xidmətləri olan,Azərbaycan Mədəniyyətinin təəsübkeşi, Əzizimiz Mehriban xanımın doğum günüdür.
Azərbaycanın müasir tarixində özünəməxsus iz qoyan ictimai-siyasi xadimlərdən biri də Birinci vitse-prezident Mehriban Əliyevadır.
Hər ölkənin tarixi, mədəniyyəti onun görkəmli şəxsiyyətlərinin fəaliyyətilə zənginləşir. Məhz onların xeyirxah əməlləri sayəsində təmsil etdikləri cəmiyyət həm inkişaf edir, həm də beynəlxalq nüfuz qazanır. Milli-mənəvi dəyərlərimizin qoruyucusu olan bizim əziz Mehriban xanım müstəqil Azərbaycanın tarixində əvəzsiz yeri olan belə şəxsiyyətlərdəndir. Milli-mənəvi dəyərlərimizin, multikultural ənənələrimizin qorunması və inkişafı sahəsində Mehriban xanım yorulmadan fəaliyyət göstərir. O, bu cür qətiyyətli və humanist addımları, tayı-bərabəri olmayan layihələri, insanlığa töhvələri ilə Azərbaycan vətəndaşının qəlbinə yol tapıb. Mehriban Əliyeva Azərbaycan mədəniyyətinin Avropa mədəniyyəti ilə həmahəng inkişafı üçün çalışan, qloballaşan dünyada xalqımızın milli-mənəvi dəyərlərinin qorunması və gələcək nəsillərə çatdırılması üçün yorulmadan mübarizə aparan böyük bir Şəxsiyyətdir! AZƏRBAYCAN Qadınının Ali xanimliğini, gözəlliyini, nəcibliyini, xeyirxahlığını, mübarizliyini, mədəniyyətini, zərifliyini və dünyagörüşünü ve bir cox üstün keyfiyyetlerini òzùndə təcəssüm etdirən Şəxsiyyət Dövlət xadimi UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Bizim əziz Mehriban xanım
Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrin inkişafı, xüsusilə də uşaqların, gənclərin və həssas qrupların qayğı ilə əhatə olunması istiqamətində mühüm əhəmiyyət daşıyır. Onun təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən çoxsaylı layihələr ölkəmizin hüdudlarından kənarda da Azərbaycanın humanizm ənənələrinin və milli-mədəni dəyərlərinin layiqincə təbliğinə xidmət edir.
AZƏRBAYCAN QADINI PLATFORMASI İctimai Birliyi adından əziz və çox hörmətli Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanı 26 Avqust – doğum günü münasibətilə ürəkdən təbrik edirik.Xalqımıza xidmət edən çoxşaxəli fəaliyyətinizdə Sizə möhkəm cansağlığı, uzun ömür və yeni-yeni uğurlar arzulayırıq!YENİ YAŞINIZ MÜBARƏK OLSUN!

Bəstakar Xanəndə, Mədəniyyət işcisi, Filoloq
A.M. Nağiyev adina Milli Dəyərlərin Qorunmasi Təşgilati Mədəniyyət işləri üzrə rəhbər ELnarə Rzaquliyeva .
26.08. 2026
VƏTƏN QIZI MEHRİBAN QADIN
Sən vətən qızısan əzimkar, cəsur,
Baxışın zərifdir, duruşun məğrur,
Adınla Azad ölkəm duyur qürur,
Səninlə fəxr edir Azərbaycanım.
Necede zerifsen mehriban qadin.
***
Milli müsiqiyə incə-sə’nətə,
Dəyər vermisən el sevən adətə,
Muğamı çatdırdın ali şöhrətə,
Sayəndə dil açdı Tarım, Kamanım,
Necede zerifsen mehriban qadin.
***
Xeyirxax baxışın var hər insana,
Xidmətin böyükdür Azərbaycana,
Ailədə sevimli qayğıkeş Ana,
Yaxşıki varsan Əzizim, canım!
Necede zerifsen mehriban qadin.
***
Şuşam, Qarabağım olubdur azad,
Ulu-öndarimizin, ruhu olub şad,
Necə də, yaraşır sənə gözəl ad,
Cəsarətli qadın, Azerbaycanin.
Necede zerifsen ey mehribanim!
ELnare Rza
Pressdent.az sayti redaktoru
SƏADƏT ALLAHVERƏN NİYAZOVA