
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova “Report”a bildirib ki, Əbabil quşu onu tapan şəxsdən təhvil alınıb. Daha sonra Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına təhvil verilib. İ.İbrahimiova bildirib ki, quş reabilitasiya dövrü keçdikdən sonra vəhşi təbiətə buraxılacaq: “Bu nadir quşu köməksiz vəziyyətdə görüb nazirliyə xəbər verən vətəndaşa, həmçinin vəhşi təbiətə həssas münasibət göstərən hər kəsə minnətdarlığımızı bildiririk”.
Qeyd edək ki, əbabil dünyanın ən nadir quşlarından biridir. Bu quşlar gecə-gündüz havada qalır və uçarkən yatırlar, ümumilikdə ömürlərinin 80 faizdən çoxunu uçaraq keçirərlər. Bu canlılara yerdə çox nadir hallarda rast gəlmək mümkündür.