Dünən Yeni Azərbaycan Partiyası (YAP) çoxluq hüququndan istifadə edərək parlamentin buraxılması haqda qərar qəbul etdi. Bu xəbərin ardından ictimaiyyət nümayəndələri sosial şəbəkələrdə, onlayn mediada həm parlamentin buraxılması, həm də seçiləcək növbəti parlamentlə bağlı fikirlərini bölüşdülər.
Maraqlıdır, cəmiyyət Milli Məclisdə növbəti dəfə kimləri görmək istəyir? AYNA suala cavab tapmaq üçün sosial şəbəkə istifadəçiləri arasında sorğu keçirib. Sorğumuzda iştirak edən şəxslərin cavablarını olduğu kimi təqdim edirik:
Aygün Həsənoğlu: “Aqil Səmədbəyli, Telman Qasımov, Noyzalı Əliyev, Rəsmiyyə Sabir, Tamilla Qulami, Araz Qurbanov, Əhməd Qəşəmoğlu, Taryel Faziloğlu”.
Azər Cəfarov: “Bütün siyasi partiyaların liderlərini, bütün məşhur iqtisadçıları, bütün məşhur hüquq müdafiəçilərini, bütün məşhur, müstəqil jurnalistləri”.
Orxan Məmmədli: “Afaq Bəşirqızını deputat görmək istəyirəm. Son çıxışları göstərdi ki, adam yalnız öz mənafeyini güdmür. İndi bilmirəm, mandat sehrli şeydir deyirlər, güman edək, deputat olsa, yenə də xalqın təəssübkeşi olacaq”.
Milord Lord: “Ramiz Rövşən, Tural Abbaslı, Rey Kərimoğlu, İradə Tuncay, Altay Göyüşov, Rafiq Əliyev, Aygün Muradxanlı”.
Əntiqə Rəşid Aslanova: “Rusiya TV kanallarında dolğun fakt və dəlillərlə erməniləri yerində otuzduran müstəqil jurnalist Fuad Abbasov, Lavrova verdiyi sualla bağlı işdən cıxarılan jurnalist Anar Həsənov”.
Xəqani Paşayev: “Milli təəssübkeşliyi olan və ümumxalq mənafeyi güdən insanları görmək istəyərəm”.
Esmira Qasımova: “Vahid Əhmədov, Vüqar Bayramov, Samir Əliyev, Bəxtiyar Hacıyev, Günel Səfərova, Fərhad Mehdiyev, Elçin Şıxlinski, Mehman Əliyev, Arif Əliyev, Qulu Məhərrəmli, Aslan İsmayılov”.
Azər Qismət: “Hüquqşünaslar, elm adamları və ən əsası bölgələrinin sözünü çatdıra bilən hörmətli şəxsləri”.
Həbibə Abdulla: “Qubad İbadoğlu, Rövşən Ağayev, Azər Mehdiyev, Əli Məsimli, Əkrəm Həsənov. Bu insanlar ölkənin sütunu olan iqtisadiyyatla bağlı əlverişli qanunvericilik təşəbbüsləri ilə çıxış edirlər”.
Mərahim Nəsib: “İnam, İman və Cəsarət üçün AĞ Partiya sədri Tural Abbaslı”.
Elçin Hüseynzadə: “Növbəti parlamentdə Mübariz Mənsimov, Fuad Abbasov kimi insanları görmək istəyirəm”.
Çingiz Şabiyev: “Palamentdə milləti, xalqı, ən azı, atası İsmayıl Şıxlı qədər düşünən Elçin Şıxlı kimi ziyalılarımız olmalıdır. Yenə də Xanhüseyn Kazımlı kimiləri Milli Məclisə yığsalar, islahatların heç bir xeyri olmayacaq”.
Cəlil Muradov: “Kasıbları düşünən kasıblardan. Vəzifəyə gedəndən sonra quduranlardan yox”.
Müşfiq Əhmədov: “YAP və onun yandaşlarını görmək istəmirəm”.
Aygün Hüseynova: “Müəllim ordusundan kimlərinsə olmağı yaxşıdır. Çünki müəllimin dərdini müəllim dinlər və dilə gətirər”.
Rəşidə Quliyeva: “Özumu. İşsizlər partiyasından. Vallah mən orda oturanlardan daha yaxşı işləyərəm. Xalqın dərdini ancaq xalqın içindən çıxan adam bilər və həll edilməsinə çalışar. Heç bir partiyanın üzvü deyiləm. Amma işsizlər partiyası yaratmaq çox yaxsı olardı”.
Maqsud İsayev: “Əslində, Azərbaycanda parlamentə ehtiyac yoxdur. İzahı isə çox sadədir”.
Elçin Əhmədov: “Bizim də CHP, AKP, MHP, HDP-lərimiz olsun”.
Vüqar Süleymanov: “Cavanşir Feyziyevi. Xalqa yanan kasıbların dayağı”.
İxtiyar Hasanova: “Əsl vətən və xalq sevgisi olanları, simasını vəzifəyə qurban verən şərəfsizlər qoysa”.
İlkin Abbasov: “Vahid Əhmədov, Qənirə Paşayeva və bu əxlaqda, mənəviyyatda olan insanlarımızı görmək istərdim. Yaltaqlara, lal-karlara, idarə edilənlərə orda yer olmamlıdır”.
Cingiz Cəfərzadə: “Paralament ləvğ olunsun”.
Şahnəzər Nagıyev: “Yeni Milli Məclisdə milli kadrları görmək istəyirik. Bizim millətə düşmən olanlarla qohumluğu olanları, nala-mıxa döyənləri yox”.
İlqar Dərələyəzli: “Cəmiyyətin bütün sağlam və savadlı siyasətçilərini”.
Təzəxan Əsgərov: “Əsl vətənpərvər zabitlərimizi, ehtiyatda olan zabit Üzeyir Cəfərov kimi yüksək biliyi, gözəl diksiyası olan, insanları düşündürən problemləri qabardan və həlinə çalışan şəxsləri. Çünki orduda həmişə əsgərlərin yanında olurdu və haqqı-ədaləti həmişə olduğu kimi yüksək səviyyədə tuturdu”.
Murad Aşiq: “Mən də deputat olmaq istiyrəm, niyə də yox. Mənim də görüləsi yarımçıq işlərim var, qohum-əqrabam işə düzəlməlidir, bir sözlə, mən də yemək istəyirəm”.
Julie Kobich: “Əsas odur ki sadə xalqın içindən çıxsın ki, xalqın problemlərini həll edə bilsin”.
Samir Mamedbəyli: “Parlamentdə xalqın, dövlətin, vətənin xeyrinə müsbət düşüncəli nümayəndələr lazımdır”.
Bəxtiyar Məmmədov: “Müharibədə olmuş Qarabağ veteranı İqbal Ağazadəni görmək istəyirəm”.
İradə Hüseynova: “Gənc kadrlar keçsin o deputatların yerinə, diplomu olub, ancaq əlində qalanları çağırsınlar”.
Digər Baxış: “Vicdanını, mənəviyyatını, şəxsiyyətini şəxsi məqsədlərinə qurban verməyən, Azərbaycanı, onun xalqını, bu günümüzü, gələcəyimizi sağlam düşüncə ilə düşünə bilən, təmsil etdiyi partiya üçün deyil, məhz millət üçün fəalliyyət göstərən və ortaya real nəticələr çıxara bilən insanaların olması çox vacibdir. Əks halda yenə də boş söhbət olaraq davam edəcək”.
Şaiq Failoğlu: “Ən çox görmək istədiyim Toğrul Qocayevdir”.
Sevda Mikayılqızı: “Palament yığıncağı toyxananı xatırlatmamalıdır, yaşlı tanınmışların, yorğun qocaların yataq otağı olmamalıdır. Faydasız, lazımsız olan pullu kəslərin şöhrət təsdiqi olmamalıdır. Burada maksimum 25 nəfər olmalıdır. Necə ki Ukraynada eləyiblər. Millət vəkili deyilən şəxs gördüyü işlər barədə həm xalqa, həm də dövlət başçısına hesabat verməlidir. Onun maaşı camaatınkından fantastik səviyyədə çox olmamlıdır”.
Gülnar Əliyeva: “Arzu etməklə heç nəyə nail olmaq olmaz. Hamı seçkidə fəal iştirak etməlidir, gözünüzün su içmədiyi namizədlərə qətiyyən səs verməyin”.
Fərəc Məlikov: “Kimin deputat olacağı vacib deyil, əsas odur ki, kreslonu dədəsinin vərəsəsi bilib, ağlına gələni edən quşbeyin olmasın, bu milləti bu dövləti sevən ona cani dildən xidmət edən olsun”.
Namaz Əhmədov: “Yaltaqlardan başqa kim olur olsun, xalqımıza millətimizə lazım olanlar olsun”.
Firdovsi Kərimov: “Say azaldılmalıdır, ən çoxu 80 nəfərə qədər. İqtisadçılar, hüquqşünaslar, əlbəttə ki, öz sözü olanlar parlamentdə olmalıdır”.
Səbuhi Paşayev: “Bayram Nurlunu görmək istərdim”.
Ülvü Səfərli: “Mən istiyirəm, Zeynəb Xanlarovanın yerinə Elza Seyidcahan olsun. Əminəm ki, hər kəs mənimlə razı olar”.
Sorğuda iştirak edənlər, növbəti parlamentdə, həmçinin Əli Əliyevi, Cəlil Muradovu, Sərdar Cəlaloğlunu, Əziz Əlibəylini, Əhməd Şahidovu, Fuad Abbasovu, Elxan Şahinoğlunu, Toğrul Qocayevi, Adil Əliyevi və Aydın Hüseynovu görmək istədiklərini bildiriblər.