BMT nümayəndələri QAT təmsilçisinin sualına cavab verə bilmədilər

seki_esas_0014

Bu gün BMT nümayəndələri Şəkidə məcburi köçkünlərlə İnkişaf proqramı layihəsi ilə görüş keçirib.

Bizimyol.info xəbər verir ki, bu barədə QAT-ın mətbuat xidmətinin verdiyi məlumatda bildirilib.

Layihədə 4 maddə öz əksini tapıb. Burada məcburi köçkünlərin cəmiyətə inteqrasiyası, sosilal vəziyyətinin yaxşılaşdırılması haqqında söhbətlərə başlayıblar. Müzakirələr aparılarkən Qarabağ Azadlıq Təşkilatının Şəkidə müvəqqəti məskunlaşmış Laçın rayon şöbəsinin sədri Murad İsmayılov çıxış üçün söz istəmiş, mövzudan kənara çıxaraq sual verəcəyini nümayəndələrə bildirb: “BMT öz qətnamələrini niyə həyata keçirtmir? Niyə işğalçı Ermənistanı bizim torpaqlardan çıxartmır? Artıq BMT dünya səviyyəsində öz nüfuzunu itirmiş, münaqişəli prosesslərin heç birinə təsir qüvvəsi yoxdur, sadəcə olaraq seyrici kimi qalır, o cümlədən Qarabağ məsləsində qəbul etdiyi qərarların həyata keçirilməsinə heç bir reaksiya vermir. Mən Qarabağ Azadlıq Təşkilatının üzvü kimi birinci təşkilatın mövqeyini, ikincidə Qarabağ əhalisnin mövqeyini bildirirəm. Sosial problemlər bir tərəfə, əsas məsələ odur ki, torpaqlarımız işğaldan azad olunmalıdır. BMT qeyd-şərtsiz işğalçı Ermənistan ordusunu torpaqlarımızdan çıxartmalı və tezliklə məcburi köçkünlər öz doğma yurd-yuvalarına qayıtmalıdılar”.

Təəssüf ki, BMT nümayəndələri QAT fəalı M.İsmayılovu dinləsələrdə suala cavab verə bilmədiklərinə görə susmağa üstünlük veriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir