S.Orucov adına Həsənabad qəsəbə məktəbində baş verən öz başınalığın və rüşvət xorluğun səbəbi nədir? Bu işin arxasında kim dayanır?

Bizə daxil olan şikayət S.Orucov adına Həsənabad qəsəbə məktəbində baş verən hər ay dayanmadan pul yığımı, müəllimlərin 5-ci saatdan sonra dərs keçməməsi və ümumiyyətlə gəlməsidir. Müsahibə zamanı bildirildi ki, Həsənabad qəsəbə məktəbinin direktor əvəzi Məcidov Nəriman bu məktəbin idarəçiliyini aparır. Lakin hər ay uşaqlardan müəyyən məbləğdə vəsait tələb olunur. Bu verilən vəsait nə üçündür bilinmir. Üstəlik isə müəllimlər 5-ci saatdan sonra gəlmirlər. Müəllimlərin yığdığı ödənişlər direktora şirinlik edib evində oturub dərs keçməməkləri üçündür yoxsa necə? Bu pul yığımı, dərs keçmək və öz başınalığın arxasında kim dayanır? Çəkiliş qrupumuz və adiyatı olan orqanlar daxil olan şikayətin həqiqət olub olmamasını sübut edəcək !

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir