Gələcəyi görmə kimi fövqəltəbii qabiliyyətə malik olan şəxslər ekstrasens hesab olunan şəxslərdirlər. Ekstrasens termini eyni zamanda, parapsixologoyada medium qabiliyyətlərinə sahib olduğu iddia edilən şəxsəri, yəni telepatiya, telekinez kimi paranormal qabiliyyətlərə sahib olduğu iddia edilən şəxsləri ifadə etmək üzrə də istifadə edilir. Ekstrasens termini ilə “psixolojik” terminləri arasındakı fərq, birinci terminin “bədənli ruh”u, ikinci terminin “zehin”i əlaqədar edər olmasıdır. Hal-hazırda parapsixologiya ilə məşğul olanlar “parapsixolojik” termini yerinə “ekstrasens” (psixik) terminini istifadə edirlər. Hazırda hörmətli oxucularımıza Azərbaycanın görkəmli ekstrasensi, bir çox insanların dərdinə kömək olan, onlara doğru yol göstərən Etıbar Misir oğlu Nəsibli barədə danışmaq istəyirəm. Bu insanın unikal öncəgörücülük qabiliyyəti və şəfaverici qüvvəsi, onun adını bir çox yerlərdə tanıtmışdır. Mən onunla qısa görüş zamanı onun qeyri-adi qüvvəsinin necə işlədiyinin şahidi oldum. Etibar Nəsibli barədə danışanda mən onun çox güclü ekstrasens olmasından əlavə, həm də gözəl insan, xeyriyyəçi olduğunu da qeyd etmək istəyirəm. Onun qayğısı, əməyi nəticəsində paytaxtımızın bir cox uşaq evləri, ölkəmizin ərazisində yerləşən tarixi tikililər bərpa edilmişdir. Görünür bu şəxsin xoş əməlləri onda insanlara kömək etmək üçün daha bir vasitə yaradıb və o, özündə olan unikal öncəgörmə qabiliyyətinin olduğunu aşkar etmişdir. Bu şəxsin qeyri-adi şəfaverici qüvvəsi çoxlarının həyatının cətin məqamında köməyinə çatıb. Yaxınlarımın məsləhəti ilə onun yaşadığı ünvana yollandım və bu insanla tanış oldum, həm də onun qeyri-adi qüvvəsinin insanlara necə kömək olduğunu gördüm. Etibar Nəsiblinin yanına gələnlərin ardı-arası kəsilmirdi. Onun dediyi sözlər məndə elə təəssürat yaradırdı ki, sanki o, məni necə illərdir tanıyır. Bu gün mən hörmətli oxucularımıza Etibar Nəsibli ilə bu yaxınlarda baş verən görüşümüz zamanı onun verdiyi heyrətamiz proqnozlardan bir hissəni catdırmaq istəyirəm. Onun hər bir sözü olduqca təsirli idi və etdikləri proqnozlar həmişəlik yaddaşımda qaldı. İlk növbədə mən Etibar Nəsiblinin 2015-ci ildə Braziliyanın paytaxtında 6,7 bal gücündə olacaq zəlzələ barəsində verdiyi proqnoz barədə danışmaq istərdim. Bu proqnozun nə dərəcədə düzgün olduğunu biz Latın Amerikası qitəsində və ümumiyyətlə dünyada baş verən proseslərə nəzər salsaq görə bilərik. Məhz onu qeyd etmək istəyirəm ki, illər öncə Braziliya ərazisində üç zəlzələ baş vermişdir, bunlar da fəsadlara yol açmışdır. Bundan əlavə yer səthi aktivləşmişdir. 2015-ci ildə Braziliyada zəlzələnin olacağı barədə proqnoz verən Etibar Nəsibli təhlükəli prosesin yenidən baş verəcəyini və bunun nəticəsində fəsadların meydana gələcəyini hiss edərək yaxınlaşan təhlükə barəsində xəbər vermişdir. Oxucularımızın diqqətinə catdırmaq istədiyim ikinci proqnoz Birləşmiş Ərəb Əmirliklərində baş verəcək təbii fəlakət barəsindədir. 2015-ci ildə BƏƏ-də baş verəcək güclü qum fırtınası ölkənin iki böyük şəhərinə ağır ziyan vuracaqdır. İqlim dəyişiklərinin dünyaya getdikcə daha çox təsir etdiyini nəzərə alsaq Etibar Nəsiblinin öncəgörücülük istedadına valeh olmamaq mümkün deyil. Onun etdiyi proqnozlara diqqət yetirərkən insanda əminlik yaranır ki, Etibar Nəsiblinin gələcəkdə baş verəcək proseslər və kataklizmlər barədə öz öncəgörmə bacarığının vasitəsi ilə daha cox hadisələrdən xəbəri vardır və o, onları yalnız bizi təşvişə salmamaq ücün ona məlum olanları acıqlamır. Etibar Nəsiblinin növbəti proqnozu Kanada ilə bağlıdır. Şimali Amerika qitəsinin ölkələ- rindən biri olan və kecmişdə Böyük Britaniyanın hakimiyyəti altında olan Kanadanın ərazisində 2015-ci ilin fevral ayında vulkan püskürməsi və onun fəsadlara yol açacağını Etibar Nəsibli xəbər vermişdir.
Oxucularımızın nəzərinə catdırmaq istərdim ki, Kanada ərazisinin şimalında “Midjer” adlı vulkan mövcuddur. Bu vulkanın sonuncu dəfə ”oyanışı” eramızdan əwəlki dövrə tesadüf edir. “Midjer”in o vaxtkı püskürməsi böyük dağıntılara yol acmışdır. Tarixin təkrarlanacağını bilərək Etibar Nəsibli öz xəbərdarlığını etmişdir. Və ən nəhayət mən hörmətli ekstrasensin 2015-ci ilin iyun-iyul ayında Fransada baş verəcək üç yük daşıyan təyyarənin qəzası barədə verdiyi proqnoz barədə məlumat vermək istəyirəm. Öz ekstrasens gücünün sayəsində gələcəyi görməyi bacaran Etibar Misir oğlu Nəsibli mənə dərin təsir bağışladı. Onun yanından cıxanda mənim ücün acıq qalan yeganə sual o oldu ki, görəsən bu unikal insan daha nələr bilir? Məqalənin sonunu bu söz lərlə bitirmək istərdim ki, gələcəkdə bizi nəyin gözləməyindən asılı olmayaraq, bizim həmişə Etibar Nəsibli kimilərinə ehtiyacımız olacaqdır və mən bu insana uğur və ən xoş arzular diləyirəm. Çünki, o, qeyri-adi istedad sahibi olan bir şəxsdir.
Tamella Fərazi