SALYAN TƏHSİL ŞÖBƏSİNİN aparıcı məsləhətçisi, Qurbanova Mehrinur

Xalqımızın qan yaddaşında əbədi yaşayacaq hadisələrin içərisində 30 illik dövrünün keşməkeşləri, 44 günlük vətən müharibəsinin heçvaxt silinməyəcək izləri, hələ əsrlər boyunca gələcək nəsillərimizin fikir və düşüncələrinə hakim kəsiləcək, şairlər, alimlər , yazıçılar, incəsənət xadimləri, mədəniyyət işçiləri və heykəltaraş nəsillərinin ərsəyə gəlməsində öz sözünü deyəcəkdir.

Əzəli və əbədi torpaqlarımızın həsrətilə yurdumuza qayıdacaq günü gözləyirdi Xalqımız. Bütün çətinliklərə sinə gərib, dünyanın ən gözəl bayrağını -üçrəngli müqəddəs bayrağımızı Qarabağımıza sancdıq. Ali Baş Komandanımızın qətiyyəti, şəhidlərimizin qanı hesabına dünyaya sübut etdik ki, biz həqiqətən Şah  İsmayıl nəvələri, Xurşudbanu Natəvan balalarıyıq.

Sentyabrın 27-də başlayan 44 günlük müharibə həyatımızın dönüş nöqtəsinə çevrildi. Müharibə zamanı balacadan böyüyə hərkəs televizor qarşısında dayanıb, Prezidentimizin çıxışlarını gözləyirdi. Uşağından qocasına qədər Vətən Müharibəsində bir oldu xalqımız. Hamımız Prezidentiminiz ətrafında dəmir yumruq olduq. Düşmən birliyimizdən qorxdu, çəkindi, cəbhədə yenildi. Xocalı qatilləri zəbt etdikləri ana yurdumuzun hər qarışını bir gün O torpaqların əsl sahiblərinin geri qaytaracağına inanmırdılar. Lakin biz bir olduq, yumruq olduq, güclü olduq, bütövləşib vahid Azərbaycan olduq.

Bu savaş dövründə hansı partiyanın üzvü, hansı düşüncənin sahibi olmasından asılı olmayaraq , hamı bir yumruq kimi birləşdi. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Biz birlikdə güclüyük” fikri dövlət siyasətinin əsas fəlsəfəsinə çevrilərək siyasi münasibətlərdə öz əksini tapmışdır. Belə ki, Yeni Azərbaycan Partiyasının VII Qurultayında Azərbaycanda fəaliyyət göstərən 6 siyasi partiyanın YAP -a qoşulması ilə bağlı qərar qəbul olunmuşdur.

Biz Yeni Azərbaycan Partiyası gündən-günə çiçəklənən, inkişaf edən dövlətimizdə Cənab Prezidentimizlə birlikdə inamla irəliləyirik. Biz gənclər sayımızı daha da artıraraq , öz bilik və bacarıqlarımızla Vətənimizə , Xalqımıza xidmət etməliyik. Partiyamızın məqsədi və amalı zatən vətənə layiqli övlad olmaq və vicdanla xidmət etməkdir.

Sözlərimi Ulu Öndərimiz Heydər Əliyevin sözləri ilə bitirmək istəyirəm. “Tarix həmişə hər şeyi öz yerinə qoyur. Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir. ”

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir