2020-ci ildə rus zirehli texnikası küçə döyüşlərində istifadə üçün nəzərdə tutulan xüsusi avadanlıqlarla təchiz olunacaq.
Bizimyol.info xəbər verir ki, Gazeta.ru-nun verdiyi məlumata görə, bu sözləri Rusiya Müdafiə Nazirliyinin rəsmisi, general-mayor Sergey Bibik deyib.
“Lokal silahlı münaqişələrdə qazanılan təcrübə şəhər ərazilərindəki əməliyyatlar zamanı tanklar və piyadanın döyüş maşınları üçün müasir əlavə müdafiə dəstlərinin yaradılması işini başa çatdırmağa imkan verdi”, – general bildirib.
General bununla yanaşı, 2019-cu ildə Rusiya ordusuna 15 növ yeni avtomobilin və zirehli texnikanın cəlb olunacağını qeyd edib.