Səhiyyə Nazirliyi: Zəhərlənən tələbələrin vəziyyəti ağır olaraq qalır

Səhiyyə Nazirliyi

Bizimyol.info xəbər verir ki, Səhiyyə Nazirliyindən verilən məlumata görə, 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızı və İbadova Həmidə Bünyamiddin qızının vəziyyəti ağır stabil kimi qiymətləndirilir.

Onların müalicəsi 1 saylı Kliniki Tibbi Mərkəzdə davam etdirilir.

Xatırladaq ki, noyabrın 21-də BDU-nun 2 saylı yataqxanasında yaşayan 3 tələbə qız zəhərlənib. Onlardan biri – 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızı dünyasını dəyişib. İki nəfər isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Bakı Şəhər Prokurorluğunda cinayət işi başlanılıb, istintaq aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir