Noyabrın 22-də Gənclər və İdman Nazirliyi Daşkəsən Rayon İcra Hakimiyyəti ilə birgə daşkəsənli gənclərin hərbi xidmətə həvəsləndirilməsi məqsədi ilə Daşkəsən rayon Mədəniyyət Mərkəzində mədəni-kütləvi tədbir keçirib.
Tədbirdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin vətənpərvərlik və vətəndaşlıq sektorunun müdiri Əli Məmmədov, Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul işçisi Orxan Həsənov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinin əməkdaşı Asim Abdullayev, Daşkəsən rayon Gənclər və İdman İdarəsinin rəisi Samir Həsənov və gənclər iştirak ediblər.
Gənclərdə vətənpərvərlik hissini daha da artırmaq, onları hərbi xidmətə həvəsləndirmək və çağırışçı gənclərin mənəvi-psixoloji durumunu yüksəltmək üçün keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər gənclərin hərbi xidmətə həvəsləndirilməsi ilə bağlı tövsiyələr verib, onların hərbi-fiziki və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi sahəsində görüləcək işlərin əsas istiqamətləri diqqətə çatdırıblar.
Sonra gənc müğənnilərin ifasında hazırlanmış vətən, vətənpərvərlik, hərbi mövzulu mahnılar, marşlar səsləndirilib, çağırış xarakterli musiqi nömrələri ifa olunub.
Elmar Əliyev
Daşkəsən RİHBA-nın İctimai-siyasi və humanitar
məsələlər şöbəsinin müdir müavini – dini
qurumlarla işin təşkilatçısı