Yumruq kimi bir olsaq nəyisə dəyişə bilərik…

Sentyabrın 23-ü Milli Şura “Talana yox” şüarı ilə mitinq keçirilib.

Mitinqin aparıcısı İbrahim İbrahimli etiraz aksiyasını xalqın mitinqi kimi təqdim edib. O vurğulayıb ki, Azərbaycan hökümətinin korrupsiya əməllərinin üstü açılıb. “Bu mitinq xalqın mitinqidir. Ona görə ki, oğurlanıb xarici ofşorlara aparılan pullarda hər kəsin payı var. Bu mitinq hesab sorma mitinqi, oğurlanmış milyardlara sahib çıxma mitinqidir”, o, deyib.

Daha sonra AXCP sədri Əli Kərimli iştirakçıları salamlayıb, mitinqi “xalqın şərəf mitinqi” elan edib.

“Haqqınızı, hüququmuzu 10 illər ərzində əlimizdən almış rejim korrupsiya başında yaxalanıb”, deyən Ə.Kərimli etiraz aksiyasına çıxanların birlikdə millərin şərəfini qoruduqlarını bildirib.

O, basqınlara rəğmən xalqın hakimiyyətə əyilməyəcəyini ifadə edib.

“24 il əsarətdə saxlanılmış, ən layiqli övladları repsessiyalara məruz qalmış ölkədə sizlər sübit edirsiniz ki, Azərbaycan xalqının müqavimətini qorumaq mümkün deyil”. Ə.Kərimli meydana toplaşanlara xitabən bildirib.

“Bu millət meydana ona görə toplaşıb ki, oğrulara sözü var. Bu meydanda 100-dən çox siyasi məhbusun şəkli dalğalanır. Insanlar bura həm də ona görə toplaşıb ki, həbsdəki Gözəl Bayramlıya, Mehman Hüseynova, İlkin Rüstəmzadəyə, Fuad Əhmədliyə azadlıq tələb etsin. Ona görə bura toplaşıb ki, bir günün içində hökümətin gül bayramını qul bayramına çevrilməsin. Qiyas və Bayram üçün azadlıq tələb etsin. Korrupsiyaya bulaşmış hökümət Qarabağı da işğaldan azad edə bilməz. Ona görə də millət “Qarabağa azadlıq” deməlidir. Əli Kərimli millətin hökümətdən tələbinin, gözləntilərinin böyük olmadığını ifadə edir.

“Xalq deyir ki, ay oğrular bu millətin milyardlarını talamısız. İndi heç olmasa işləyənlərin maaşlarını, pensiyaları, müavinətləri artırın, iş yerləri yaradın, pullu təhsili ləğv edin, bu millət də bir qədər gün görsün. Bəsdir, artıq bu ölkənin milyardlarını taladınız”.

Əli Kərimli mitinqin çox çətinliklər hesabına başa gəldiyini qeydi edib:

“Biz bunları bu günədək dilə gətirmirdik. Ancaq indi demək istəyirəm ki, təkcə AXCP-nin 53 funksioneri mitinq hazırlığı zamanı saxlanılıb. Bu mitinqin aparıcısı İlham Hüseyn olmalı idi. Ona mitinqdə çıxış etməli olan gənc siyasətçi Emil Səlimova 15 sutka həbs cəzası verilib”.

AXCP sədri hökümətin meydana çıxmış insanlardan qorxduğunu ifadə edib.

“Kimi nə deməyindən asılı olmayaraq, korrupsioner hakimiyyət sizlərdən qorxur. Mitinqlərin qarşısını almaq istəyirlər. Əvvəlcə Məmməd İbrahimi, Asif Yusiflini, Seymur Həzini və digərlərini həbs etdilər. elə bildilər ki, etirazların qarşısını bu yolla ala biləcəklər. Mitinq komitəsinin əsas üzvlərini də həbs ediblər.

Həmidov Məcnun

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir