Bakı və Sumqayıt şəhərlərində bir sıra şəhid ailələri ziyarət olunub

 

Ehtiyatda olan Xüsusi Təyinatlılar İctimai Birliyinin sədri polkovnik Şaiq Məmmədovun təşkilatçılığı ilə Bakı və Sumqayıt şəhərlərində bir sıra şəhid ailələri şəhid kapitan Mühit Orucovun, şəhid baş gizir Mehman Yusifovun, şəhid baş gizir Oktay Bədəlovun, şəhid baş gizir Pərvin Əliyevin ailləri, XTQ qaziləri gizir Rövşən Musayevin və Nəzər Abdurəhmanovun isə özləri ziyarət olunub. Şəhid ailələrinin, müharibə əlilləri və veteranlarının Ehtiyatda olan Xüsusi Təyinatlılar İctimai Birliyi tərəfindən daim diqqət və qayğı ilə əhatə olunduqları ailələrin diqqətinə çatdırılmış, onlara Novruz bayramı ilə əlaqədar bayram sovqatı təqdim edilmişdir. Ziyarət olunan şəhid ailələri və qazilər İctimai Birliyin sədrinə və birliyin kollektivinə öz təşəkkürünü bildirmişlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir