Rəqəmsal Gələcəyimiz, Süni İntellekt Əsrində Yeni Milli İnkişaf Modeli 

XXI əsr artıq neft, qaz və ya ənənəvi iqtisadi resurslarla birgə, məlumat, innovasiya və süni intellekt üstünlüyü uğrunda rəqabət əsridir. Artıq bu gün dünyanın aparıcı dövlətləri rəqəmsal texnologiyaları milli inkişaf strategiyalarının mərkəzinə çevirir, süni intellekti iqtisadiyyatın, dövlət idarəçiliyinin və milli təhlükəsizliyin əsas dayaqlarından biri hesab edirlər. Ölkımiz də bu qlobal transformasiyanın aktiv izləyicisi və fəal iştirakçısı olmağı qarşısına əsas məqsəd qoyub. Məhz Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Rəqəmsal İnkişaf Şurasının ilk iclasında səsləndirdiyi: “Məqsədimiz Azərbaycanı rəqəmsal inkişaf və süni intellekt sahələrində regionun aparıcı dövlətlərindən birinə çevirməkdir” fikri bir hədəf olmaqla birgə dövlətimizin gələcəyə baxışını ifadə edirdi. Mən deyərdim ki, bu baxış onu göstərir ki, ölkəmizin inkişaf modeli artıq iqtisadi göstəricilərlə bərabər, bilik iqtisadiyyatı və yüksək texnologiyalar üzərində qurulur.Prezident İlham Əliyev dəfələrlə vurğulayıb: “Biz neft kapitalını insan kapitalına çevirməliyik !” Bu fikir müasir Azərbaycanın inkişaf fəlsəfəsinin əsas sütunlarından dır, desəm yanılmaram.Elə bu insan kapitalına qoyulan sərmayə rəqəmsal transformasiyanın uğurunu müəyyən edir və süni intellekt texnologiyalarını yaradan, inkişaf etdirən və tətbiq edən də məhz yüksək ixtisaslı insan resurslarının.Prezident İlham Əliyevin digər mühüm tezislərindən birini xatırlatmaq istəyirəm: “Gələcəyin inkişafı innovasiyalar, yüksək texnologiyalar və rəqəmsal həllər üzərində qurulacaqdır. ” Son illərdə həyata keçirilən islahatlar, elektron dövlət xidmətlərinin genişləndirilməsi, rəqəmsal infrastrukturun müasirləşdirilməsi, innovasiya ekosisteminin inkişafı və yeni texnologiyalara yatırılan investisiyalar bu strateji baxışın açıq göstəricisidir. Bu gün süni intellekt artıq texnologiya sahəsinin anlayışıdır və səhiyyədə daha dəqiq diaqnostika, təhsildə fərdiləşdirilmiş öyrənmə, kənd təsərrüfatında məhsuldarlığın artırılması, sənayedə istehsalın optimallaşdırılması, dövlət idarəçiliyində isə operativ və şəffaf qərarların qəbul edilməsi üçün mühüm vasitədir.Azərbaycan da bu imkanlardan səmərəli istifadə etməklə həm iqtisadiyyatını şaxələndirə,eyni zamanda da qlobal rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə gücləndirə bilər.Lakin burda bir məqamı xüsusi qeyd etmək istəyirəm, rəqəmsal inkişaf yalnız yeni proqram təminatının və ya müasir texnologiyaların tətbiqi olmaqla bərabər, ilk növbədə yeni düşüncə tərzi, innovativ idarəetmə mədəniyyəti və daim yenilənən biliklərə əsaslanan cəmiyyətin formalaşdırılmasıdır. Elə buna görə də təhsil sistemi, elmi-tədqiqat institutları və özəl sektor arasında güclü əməkdaşlığın qurulması strateji əhəmiyyətlidir, qeyd edərdim. Ən əsası isə Rəqəmsal transformasiya eyni zamanda milli təhlükəsizlik məsələsidir. Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın Rəqəmsal İnkişaf Şurasının ilk iclasında vurğuladığı kimi:  “Süni intellekt imkanlarının genişlənməsi kibertəhlükəsizliyin gücləndirilməsini, məlumatların etibarlı qorunmasını və rəqəmsal suverenliyin təmin edilməsini zəruri edir.” Qürurverici hal odur ki, ölkəmiz bu istiqamətdə beynəlxalq təcrübəni kifayət qədər yaxşı öyrənir və öz milli maraqlarına uyğun texnoloji həllər hazırlamağa da xüsusi diqqət yetirir. Bəli, Azərbaycanın  son illərdə qazandığı siyasi sabitlik, güclü iqtisadi potensial, müasir infrastruktur və həyata keçirilən islahatlar ölkəmizin rəqəmsal inkişaf sahəsində regional liderə çevrilməsi üçün möhkəm zəmin yaradıb.Düşünürəm ki, hazırda əsas vəzifə bu üstünlükləri süni intellekt və yüksək texnologiyalarla birləşdirərək yeni inkişaf mərhələsinə keçməkdir. Nəhayət vurğulayım ki, Rəqəmsal İnkişaf Şurasının ilk iclasında Mehriban xanımın səsləndirdiyi strateji hədəf və Prezident İlham Əliyevin uzun illərdir həyata keçirdiyi gələcəyə hesablanmış siyasət bir-birini tamamlayan vahid inkişaf konsepsiyasıdır! Bu konsepsiyanın əsas mahiyyəti Azərbaycanın yalnız bu gününü deyil, gələcək onilliklərini də təmin edəcək güclü rəqəmsal dövlət modelinin qurulmasıdır. Azərbaycan artıq yeni dövrə qədəm qoymuşdur. Bu dövrdə ölkələrin sərvəti yalnız təbii ehtiyatlarla deyil, intellektual potensialı, innovasiya imkanları və rəqəmsal üstünlükləri ilə ölçüləcəkdir. Qarşıya qoyulan məqsədlər ardıcıl şəkildə həyata keçirildiyi təqdirdə, ölkəmiz həm regionun, həm də geniş coğrafiyanın rəqəmsal inkişaf mərkəzlərindən birinə çevriləcəkdir.Bu isə müasir dövlət quruculuğunun yeni mərhələsi olmaqla yanaşı, gələcək nəsillərə hesablanmış ən qiymətli sərmayə olacaqdır. Nəhayət, fikrimin sonunda bir daha qeyd edirəm ki, süni intellekt əsrində formalaşan bu yeni milli inkişaf modeli Prezident İlham Əliyevin uzaqgörən siyasəti və Birinci vitse-prezident Mehriban Əliyevanın müəyyən etdiyi strateji hədəflər əsasında Azərbaycanı regionun innovasiya və rəqəmsal liderinə çevirmək yolunda qətiyyətlə irəliləyəcəkdir.

 

YAPSaatlı 15 s. ƏPT-n sədri, UNEC- n məzunu      

 Vüqar MƏMMƏDOV 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir