
Bu il Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünü qeyd edirik. Ulu Öndərin “Azərbaycançılıq” ideologiyası və dövlətçilik təlimi bu gün də ölkəmizin inkişaf strategiyasının əsasını təşkil edir. Heydər Əliyev müstəqil Azərbaycanın bütün sahələrdə möhkəmlənməsi üçün qoyduğu təməl, o cümlədən regionların inkişafına verdiyi prioritet bu gün də uğurla davam etdirilir. Onun müəllifi olduğu siyasət sayəsində regionlarda infrastrukturun bərpası, əhalinin rifahının yaxşılaşdırılması və milli-mənəvi dəyərlərimizin qorunması dövlət siyasətinin mərkəzində dayanır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə davamlı inkişaf və sosial rifah siyasəti həyata keçirilir. Dövlət başçısının regionların sosial-iqtisadi inkişafı ilə bağlı imzaladığı Dövlət Proqramları, infrastruktur layihələri, yeni iş yerlərinin açılması və vətəndaş müraciətlərinə həssas yanaşma bütün rayonlarda olduğu kimi Salyanda da öz bəhrəsini verir. Prezident İlham Əliyevin şəhid ailələrinə və qazilərə göstərdiyi yüksək dövlət qayğısı, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar Azərbaycan dövlətinin humanist simasını bir daha təsdiqləyir.
Məhz belə bir dövlət siyasəti fonunda Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Gülabba oğlu Xəlilovun fəaliyyəti xüsusi diqqətə layiqdir. Rüstəm Xəlilov Salyanın sosial-iqtisadi inkişafı, abadlaşdırılması və vətəndaşların problemlərinin operativ həlli istiqamətində prinsipial və məsuliyyətli rəhbər kimi tanınır.
Onun rəhbərliyi dövründə Salyan rayonunda abadlıq-quruculuq işləri geniş vüsət alıb. Küçələrin asfaltlanması, park və istirahət zonalarının yaradılması, kommunal xidmətlərin keyfiyyətinin yüksəldilməsi rayonda yaşayan insanların gündəlik həyatına müsbət təsir göstərir. Rüstəm Xəlilov vətəndaşlarla mütəmadi görüşlər keçirir, onların müraciətlərinə həssas yanaşır və qaldırılan məsələlərin həlli üçün aidiyyəti qurumlarla sıx əməkdaşlıq edir. Bu açıq və şəffaf idarəetmə üslubu Salyan sakinlərinin İcra Hakimiyyətinə olan inamını daha da artırır.
Rüstəm Xəlilovun fəaliyyətində xüsusi yer tutan istiqamətlərdən biri də şəhid ailələrinə və qazilərə göstərilən qayğıdır. O, şəhidlərimizin əziz xatirəsini daim uca tutur, onların ailələrinin problemlərinin həllini şəxsi nəzarətə götür. Qazilərimizlə müntəzəm görüşlər keçirir, müalicə, məşğulluq və sosial təminat məsələlərində onlara dəstək olur. Salyanda şəhid ailələri və qazilər üçün təşkil olunan tədbirlər, göstərilən maddi və mənəvi dəstək məhz rayon rəhbərliyinin bu məsələyə olan həssas münasibətinin nəticəsidir. Rüstəm Xəlilov dəfələrlə vurğulayıb ki, şəhid ailələri və qazilər dövlətimiz üçün ən müqəddəs təbəqədir və onlara xidmət hər bir rəhbər üçün şərəfdir.
Salyan rayonunun kənd təsərrüfatının inkişafı, sahibkarlığın dəstəklənməsi və gənclər siyasətinin həyata keçirilməsi də Rüstəm Xəlilovun diqqət mərkəzindədir. Onun təşəbbüsü ilə rayonda yeni layihələrin reallaşdırılması, gənclərin ictimai fəallığının artırılması və mədəni tədbirlərin keçirilməsi Salyanı regionun inkişaf edən rayonlarından birinə çevirir.
Bu gün həm də Azərbaycan Polisi Günü qeyd olunur. Bu əlamətdar gün münasibətilə ölkəmizin asayişinin və əmin-amanlığının keşiyində duran bütün polis əməkdaşlarını ürəkdən təbrik edirik. Azərbaycan Polisi xalqın dövlətə olan etimadının təminatçısıdır. Polislərimizin peşəkarlığı, nizam-intizamı və Vətənə sədaqəti hər birimizin qürur mənbəyidir. Onların hüququn aliliyinin qorunması və vətəndaşların təhlükəsizliyinin təmin olunması istiqamətində gördüyü fədakar işlər yüksək qiymətləndirilir. Salyan rayonunda da ictimai qaydanın qorunmasında polis əməkdaşlarının rolu danılmazdır. Bütün polis əməkdaşlarına möhkəm can sağlığı, ailə səadəti və xidməti vəzifələrində uğurlar arzulayırıq.
Sonda qeyd edək ki, Rüstəm Gülabba oğlu Xəlilov kimi vətənpərvər, işini sevən və xalqa bağlı rəhbərlərin fəaliyyəti sayəsində Salyan rayonu günü-gündən inkişaf edir, abadlaşır. Onun əməyi Salyan sakinləri tərəfindən rəğbətlə qarşılanır. Əminik ki, Rüstəm Xəlilov bundan sonra da Salyanın inkişafı və əhalinin rifahı naminə eyni əzmlə çalışacaq.