ABŞ–Azərbaycan Münasibətlərində Strateji Dərinlik, Prezident İlham Əliyevin Regional Liderliyi Analitik–siyasi analiz

  ABŞ Prezidentinin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı müraciət, Vaşinqton–Bakı münasibətlərinin möhkəm strateji təməl üzərində qurulduğunu növbəti dəfə aydın şəkildə nümayiş etdirir.Məktub diplomatik və tərəflərin regional proseslərə baxışını, qarşılıqlı maraqlarını, eyni zamanda gələcək əməkdaşlıq perspektivlərini əks etdirir. Donald Trampın Prezident İlham Əliyevə ünvanladığı məktub ABŞ-ın Cənubi Qafqazda Azərbaycanın artan rolunu və Prezident İlham Əliyevin qətiyyətli, müstəqil siyasi kursunu diqqətlə izlədiyini göstərir. Bu müraciət Prezident İlham Əliyevin  regional sabitliyin formalaşmasında həlledici mövqeyə malik olduğunun Vaşinqton tərəfindən qəbul edildiyinin açıq ifadəsidir.Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya xətləri və geosiyasi tarazlığın qorunması baxımından etibarlı tərəfdaş kimi öz mövqeyini möhkəmləndirmişdir.Açıq deyim, Amerika Birləşmiş Ştatlarının müxtəlif siyasi dövrlərdə fərqli ritorika sərgiləməsinə baxmayaraq, Azərbaycanın bu strateji əhəmiyyəti heç zaman inkar edilməmiş, əksinə, praktik siyasətdə qəbul olunmuşdur. Məhz sözügedən məktubda əməkdaşlığa, dialoqa və qarşılıqlı maraqlara xüsusi vurğu edilməsi bu reallığın təsdiqidir! Düşünürəm ki, bu cür müraciətlər ABŞ-ın regionda balanslı siyasət yürütmək, mövqelərini qorumaq və Azərbaycan kimi müstəqil qərarverən, güclü siyasi iradəyə malik dövlətlə əməkdaşlığı davam etdirmək niyyətindən xəbər verir. Qürurla vurğulayıram ki,Azərbaycan üçün belə məktublar beynəlxalq legitimliyin, çoxşaxəli xarici siyasətin və Prezident İlham Əliyevin qətiyyətli liderliyi ilə formalaşmış müstəqil siyasi xəttin beynəlxalq miqyasda tanınmasının bariz göstəricisidir! Nəhayət əminliklə qeyd etmək istəyirəm ki, ABŞ Prezidenti Donald Trampın Prezident İlham Əliyevə ünvanladığı bu məktub iki ölkə arasında münasibətlərin mühüm strateji maraqlar üzərində qurulduğunu göstərir və Azərbaycanın regional və qlobal proseslərdə artan roluna verilən yüksək siyasi qiymətin ifadəsidir.Sonda,xüsusi vurğulayıram ki,ABŞ– Azərbaycan münasibətlərində formalaşan bu strateji dərinlik Prezident İlham Əliyevin regional liderliyinin, müstəqil siyasi iradəsinin və qlobal güclər tərəfindən qəbul olunan nüfuzunun bariz ifadəsidir!                                                      Diqqətinizçün təşəkkür edirəm!
UNEC-n məzunu, 
YAP Saatlı,15 saylı ƏPT-n sədri Vüqar Məmmədov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir