BİLƏSUVAR POLİSİNİN ƏSAS AMALI — XALQA XİDMƏT, QANUNUN ALİLİYİNİ QORUMAQDIR

İnsanlıq, ləyaqət, ədalət və xalqa xidmət — şərəfli bir missiyanın əsas meyarlarıdır

Ulu Öndər Heydər Əliyev hakimiyyətə gələndən bu günə kimi müsbət mənada islahatlar gedir. Ona görə ki , ölkə xaos içində olanda Ulu Öndər ölkəyə, yəni xalqa rəhbərlik etdi. Ümidsiz xalq ümid axtarırdı. Məhz o ağır dövrdə dövlətçiliyin qorunması, sabitliyin bərpa olunması və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi üçün hüquq-mühafizə orqanlarının peşəkar fəaliyyəti həlledici rol oynadı. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin siyasət uğurla davam etdirilir. Prezidentin etimadını qazanmış Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazovun xidməti sayəsində polis orqanlarında aparılan islahatlar, kadr islahatları, şəffaflığın artırılması və xalqa xidmət prinsipinin əsas götürülməsi artıq öz töhfəsini vermişdir. Vilayət müəllimin etimad etdiyi, Biləsuvar Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Nəsib Sayad oğlu Məmmədovun fəaliyyəti də məhz bu islahatların, dövlətə və xalqa sədaqətlə xidmət siyasətinin tərkib hissəsidir.

Müasir Azərbaycan dövlətinin inkişafında, cəmiyyətdə sabitliyin, əmin-amanlığın qorunmasında vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasında hüquq-mühafizə orqanlarının rolu əvəzsizdir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlətçilik siyasətində polis orqanlarının peşəkar, vicdanlı və xalqa xidmət amalına sadiq fəaliyyəti prioritet istiqamətlərdən biri kimi müəyyən edilib.

İnsanlıq, ləyaqət, ədalət və xalqa xidmət hər bir şərəfli fəaliyyətin əsas meyarlarıdır. Xalqına vicdanla xidmət edən insanları tanıtmaq, onların əməyinə diqqət çəkmək, gördükləri işləri cəmiyyətə çatdırmaq olduqca əhəmiyyətlidir. Belə yazılar yalnız bir insanın əməyini qiymətləndirmək deyil, həm də zəhmətə, məsuliyyətə, insanlığa və xalqa xidmətə verilən dəyərin ifadəsidir.

Bəzən bir insan haqqında düşünəndə onun həyat yolu, fəaliyyəti, insanlara münasibəti və cəmiyyət qarşısında daşıdığı məsuliyyət gözlərimiz önündə bir film lenti kimi canlanır. Belə məqamlarda anlayırsan ki, insanın əsl dəyəri yalnız tutduğu vəzifə, daşıdığı ad və ya sahib olduğu rütbə ilə ölçülmür. Onun böyüklüyü insanlara münasibətində, gördüyü işlərdə və insanların qəlbində qazandığı hörmətdə təzahür edir.

Həyatda elə peşələr var ki, onların arxasında yalnız əmək deyil, həm də böyük məsuliyyət, cəsarət, sədaqət və insanlıq dayanır. Bu peşələrdən biri də polis xidmətidir. Polis olmaq yalnız forma daşımaq deyil, insanların təhlükəsizliyinə cavabdehlik daşımaq, ictimai asayişi qorumaq, qanunun keşiyində dayanmaq və Vətənə vicdanla xidmət etmək deməkdir.

Güc strukturları arasında polis insanlara ən yaxın olan qurumlardan biridir. Belə ki, vətəndaş çətinliklə üzləşəndə üz tutduğu ünvanlardan biri məhz polisdir. Buna görə də polisə olan hörmət yalnız onun səlahiyyətlərindən deyil, insanlara göstərdiyi münasibətdən, ədalətli yanaşmasından və vətəndaşların etimadını doğrultmasından qaynaqlanır. Polisin ən böyük gücü xalqın ona olan inamı, ən böyük nüfuzu isə xalqa göstərdiyi vicdanlı xidmətdir.

Bu baxımdan Biləsuvar Rayon Polis Şöbəsinin fəaliyyəti, rayon ərazisində ictimai asayişin qorunması və sakinlərin təhlükəsizliyinin təmin edilməsi mühüm əhəmiyyət daşıyır. İctimai sabitliyin qorunması, hüquq pozuntularının qarşısının alınması, vətəndaşların hüquq və azadlıqlarına hörmət edilməsi hüquq-mühafizə orqanlarının əsas vəzifələrindəndir.

Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Nəsib Sayad oğlu Məmmədovun üzərinə də bu baxımdan mühüm rəhbərlik məsuliyyəti düşür. Rəhbərlik yalnız kollektivə başçılıq etmək deyil, həm də insanlarla düzgün ünsiyyət qurmaq, vətəndaşların müraciətlərinə diqqətlə yanaşılmasına şərait yaratmaq, əməkdaşların fəaliyyətini qanunun tələblərinə uyğun istiqamətləndirmək və şəxsi nümunə göstərmək deməkdir.

Nəsib müəllim haqqında danışarkən diqqət yetiriləsi mühüm məqamlardan biri də rəhbərliyin insani tərəfi, insanlarla münasibət və vətəndaşların problemlərinə həssas yanaşmaq məsələsidir. Çünki rəhbərin nüfuzu yalnız kabinetinin qapısından və ya çiyinlərindəki rütbədən başlamır. Əsl nüfuz insanlarla səmimi ünsiyyətdən, onların sözünü dinləməkdən və problemlərinin qanun çərçivəsində həllinə diqqət göstərməkdən başlayır.

Biləsuvar sakinlərinin müraciətlərinə diqqətlə yanaşılması, onların problemlərinin dinlənilməsi və hüquqi məsələlərin qanunun tələblərinə uyğun araşdırılması rayon əhalisi ilə hüquq-mühafizə orqanları arasında etimadın möhkəmlənməsinə xidmət edir. Bir vəkil kimi qeyd etmək istəyirəm ki, vətəndaşların hüquqlarının müdafiəsi zamanı hüquq-mühafizə orqanları ilə vəkillər arasında qarşılıqlı hörmətə əsaslanan münasibətlərin olması çox vacibdir.

Cəmiyyətdə polisə olan hörmətin və etimadın əsasında, ilk növbədə, ədalət, dürüstlük və peşəkarlıq dayanır. İnsanlar hüquq-mühafizə orqanlarına müraciət etdikdə onların problemlərinə həssas yanaşılmasını və məsələlərinin qanun çərçivəsində obyektiv araşdırılmasını gözləyirlər.

Digər mühüm istiqamət korrupsiyaya qarşı mübarizə və şəffaflığın təmin edilməsidir. Xidməti vəzifələrin vicdanla yerinə yetirilməsi, şəxsi maraqların qanunun tələblərindən üstün tutulmaması və hər bir məsələyə obyektiv yanaşılması sağlam idarəçilik mühitinin əsas şərtlərindəndir.

Təbii ki, polis xidməti asan peşə deyil. Gecə-gündüz davam edən xidmət, ictimai təhlükəsizliyin qorunması, müxtəlif hadisələrə vaxtında reaksiya verilməsi və insanların əmin-amanlığı naminə görülən işlər böyük səbir, iradə və peşəkarlıq tələb edir.

Əsl rəhbərin nüfuzu yalnız tutduğu vəzifə ilə deyil, gördüyü işlərlə, daşıdığı məsuliyyətlə və insanlarda yaratdığı etimadla ölçülür. Rəhbər olmaq həm də çətin məqamlarda düzgün qərar vermək, kollektivdə intizamı qorumaq və qanunun aliliyinin təmin olunmasına töhfə verməkdir.

Biləsuvar Rayon Polis Şöbəsinin qarşısında duran əsas hədəflərdən biri rayon sakinlərinin təhlükəsizliyinin qorunması, hüquq pozuntularının qarşısının alınması, vətəndaşların hüquqlarının müdafiəsi və ictimai asayişin təmin edilməsidir.

Polis ilə xalq arasında qarşılıqlı etimadın möhkəmlənməsi cəmiyyətin sabitliyi üçün mühüm əhəmiyyət daşıyır. Çünki təhlükəsiz cəmiyyətin təməlində qanuna hörmət, qarşılıqlı məsuliyyət və dövlətlə vətəndaş arasında sağlam münasibətlər dayanır.

Biləsuvar Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Nəsib Sayad oğlu Məmmədova gələcək fəaliyyətində möhkəm cansağlığı, ailə səadəti, əzm, iradə və yeni nailiyyətlər arzulayırıq. Ən xoş arzularımızdan biri də odur ki, Allahın köməyi ilə gələcəkdə general ali xüsusi rütbəsinə yüksəlsin və dövlətimizə, xalqımıza xidmət yolunda daha böyük uğurlara imza atsın.

Unutmaq olmaz ki, vəzifənin böyüklüyü yalnız rütbə ilə deyil, xalqa göstərilən xidmətin keyfiyyəti, ədalətli mövqe və daşıdığı məsuliyyətlə ölçülür. Əsl hörmət və nüfuz insanlara vicdanla yanaşmaqla qazanılır.

Arzu edirik ki, Biləsuvar rayonunda daim əmin-amanlıq hökm sürsün, sakinlər təhlükəsiz və rahat həyat sürsünlər, hüquq-mühafizə orqanları ilə vətəndaşlar arasında qarşılıqlı etimad daha da möhkəmlənsin.

Sonda bir daha vurğulamaq istərdik ki, insanın əsl dəyəri onun vəzifəsinin adı ilə deyil, gördüyü xeyirxah işlərlə, insanlara münasibəti və cəmiyyətə verdiyi töhfələrlə müəyyən olunur. Xalqa xidmət etmək, dövlətə sədaqətli olmaq və qanunun keşiyində dayanmaq böyük şərəfdir.

Allah dövlətimizi, xalqımızı, müstəqilliyimizi və Vətənimizin keşiyində dayanan bütün polis əməkdaşlarını qorusun!

Xalqa xidmət şərəfdir, qanunun keşiyində dayanmaq məsuliyyətdir, dövlətə və Vətənə sədaqət isə hər birimizin müqəddəs borcudur!

İlqar Cəfərov 

«Qızıl Qələm » media mükafatı laureatı,

Yazıçı-publisist, vəkil

7 saylı Vəkil Bürosunun üzvü

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir