Xilasedicilər təhlükəli şəraitdə meyiti belə çıxardılar – VİDEO

Azərbaycanda xilasedicilər təhlükəli şəkildə çayda boğulan şəxsin meyitini çıxarıblar.

Pressxeber.Az-ın məlumatına görə, dekabrın 10-da Lənkəran çayında balıq ovlayan 1966-ci il təvəllüdlü Lənkəran şəhər, Lüvəsər kənd sakiniNəsirov Valeh Fayaz oğlu ehtiyatsızlıq səbəbindən çaya düşərək boğulub.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli gəmilərə nəzarət və sularda xilasetmə xidmətinin cənub dalğıc-axtarış qrupunun xilasediciləri tərəfindən boğulan şəxsin meyiti təhlükəli şəraitdə çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmin görüntüləri təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir