Bakıda zəncirvari qəza – Yola dağılan yağ 5 maşına ziyan vurdu

Ötən gecə Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
Trend-in məlumatına görə, qəza Qaradağ rayon Lökbatan qəsəbəsində qeydə alınıb. Şəhər istiqamətində hərəkət edən 5 avtomobil, yola dağılan maşın yağına görə qəza törədiblər.
Yağın üzərindən kəçən avtomobillər idarəetməni itirərək dəmir arakəsməyə çırpılıblar.
Hadisədə xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ziyan dəyib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir