12 yaşlı uşağı vuran sürücü qaçdı

Xırdalanda 12 yaşlı qızın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, Xırdalan şəhərində 1 nömrəli məktəbin yaxınlığında yolu keçmək istəyən 2007-ci il təvəllüdlü Nağdəliyeva Könül Baris qızını avtomobil vuraraq qaçıb.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

Ona sol dizin əzilmiş-sıyrılmış yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir