Gürcüstandan gələn “BMW” aeroport yolunda qəza törətdi – FOTO/VİDEO

Aeroport şosesində idarəetmədən çıxan avtomobil arakəsməyə çırpılıb.

Oxu.Az xəbər verir ki, hadisə şosenin Suraxanı qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.

Hava limanı istiqamətində yüksək sürətlə hərəkətdə olan Gürcüstan dövlət qeydiyyat nişanlı “BMW” markalı minik avtomobili dəmir arakəsməyə çırpılıb.

Daha sonra avtomobil bir neçə dövrə vuraraq beton səkiyə dəyib. Sürücü isə hadisə yerindən uzaqlaşıb.

Əraziyə BŞBPİ-nin DYP əməkdaşları cəlb edilib. Hadisə zamanı yol infrastrukturuna ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir