Xızıdakı qəzada 2 qadın öldü

Xızı rayonunun Giləzi kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, qəza noyabrın 17-də saat 20 radələrində qeydə alınıb.

Kənd sakini R.Rəhimovun idarə etdiyi “KamAZ” və Xaçmaz rayon sakini H.Salamovun idarə etdiyi “VAZ-21010” markalı avtomobillər toqquşub.Nəticədə H.Salamov və sərnişinləri – Gülnaz Salamova və Oksana Əliyeva xəstəxanaya yerləşdirilmiş G.Salamova və O.Əliyeva orada ölüblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir