Abşeronda avtobus piyadanı vurdu, vəziyyəti ağırdır

Bakı-Şamaxı magistral yolunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

Oxu.Az xəbər verir ki, qəza şossenin Atyalı yaşayış massivi ərazisinə düşən hissəsində qeydə alınıb.

114B nömrəli marşrut xətti üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusu yolu keçmək istəyən orta yaşlı kişini vurub.

Şəxsiyyəti hələlik məlum olmayan təxninən, 30-35 yaşlı yaralı ağır vəziyyətdə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir