Türkiyədə 2 azərbaycanlı qadın güllələndi

qq1537440089

Türkiyənin Antalya şəhərində azərbaycanlı qadınlardan birinin ölümü, digərinin yaralanması ilə nəticələnən cinayət hadisəsi baş verib.

75 yaşlı Hüseyn Yeni 2 ay əvvəl evləndiyi 51 yaşlı azərbaycanlı qadın Məhəbbət Cəfərova və həyat yoldaşının qohumu Firdus Əliyeva ilə mübahisə edib. Mübahisə Hüseynin var-dövlətinin miras qoyulması üstündə düşüb.

Yaranan dava zamanı qadınlardan biri sərt cisimlə Yeninin başından vurub. Bu zaman Hüseyn tüfəngini götürərək atəş açmağa başlayıb. Firdus Əliyeva hadisə yerində ölüb. Məhəbbət Cəfərova və əri isə xəstəxanaya yerləşdiriliblər. (Qafqazinfo.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir