Qorxulu statistika: ötən il Azərbaycanda bu səbəbdən 543 qadın ölüb

Ötən il qadın cinsiyyət orqanlarının bədxassəli yenitörəməsi diaqnozu ilə ilk dəfə qeydə alınan xəstələrin sayı 977 nəfər olub.
Pressxeber.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən APA -nın sorğusuna cavab olaraq bildirilib ki, onlardan 4-ü 18-29, 16-sı 30-34, 18-i 35-39, 226-sı 40-59, 104-ü 60 və yuxarı yaş qruplarına malik olmaqla 368 nəfəri uşaqlıq boynunun xərçəngi xəstəsidir.

2-si 18-29, 2-si 30-34, 6-sı 35-39, 135-i 40-59, 128-i 60 və yuxarı yaş qruplarına aid olmaqla 273 nəfər uşaqlıq cisminin xərçəngi, 1-i 14-17, 12-si 18-29, 2-si 30-34, 10-u 35-39, 192-si 40-59, 119-u 60 və yuxarı yaş qrupuna malik olmaqla 336 nəfər yumurtalığın xərçəngi diaqnozu ilə qeydiyyata alınıb.

Səhiyyə Nazirliyinin məlumatlarına əsasən, 2018-ci ildə ölkə üzrə qadın cinsiyyət orqanlarının bədxassəli yenitörəmələrindən ölən qadınların sayı 543 nəfər olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir