Ermənilərin qondarma “soyqırımı” iddiaları kimi yalanlar üzərindən özlərinə yeni tarix yazmaq niyyəti baş tutmayacaq

XX əsrin əvvəllərindən başlayaraq istər Azərbaycana, istərsə də Türkiyəyə qarşı əsassız torpaq iddiaları irəli sürən, müxtəlif dövrlərdə xalqımıza qarşı saysız soyqırımları həyata keçirən Ermənistan dünyada özünün məzlum obrazını yaratmaq niyyətindədir. Saxta “erməni soyqırımı” iddiaları ilə dünya ictimaiyyətini aldatmağa cəhd göstərən ermənilər bununla öz vandal simalarını gizlətmək istəyirlər. Təssüfləndirici haldır ki, bəzi ölkələr də bu qondarma iddialardan fərqli məqsədlər üçün istifadə etməyə cəhd göstərir. Ermənilərin bu qondarma iddialarının nə tarixi, nə də hüquqi əsası yoxdur və tarixi sənədlər də təsdiq edir ki, 1915-ci ildə Türkiyə ərazisində ermənilərə qarşı heç bir soyqırımı olmayıb. Bu baxımdan uydurma “erməni soyqırımı” iddialarının gündəmə “gətirilməsi” Ermənistan və erməni lobbisi ilə yanaşı bəzi güclərin də marağındadır. 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ordusunu darmadağın etməsi, müharibə başlanan gündən Türkiyənin ölkəmizə mənəvi dəstəyi ermənipərəst mərkəzlərin çirkin yalan kampaniyaları aparmasını şərtləndirdi. Xüsusi olaraq qeyd edilməlidir ki, ABŞ prezidentinin qondarma “soyqırımı” ifadəsini işlətməsi də tarixin təhrif olunmasıdır. Bu yolverilməzdir. Azərbaycan dövləti və icttimaiyyəti də məsələyə öz münasibətini bildirir, hər zaman Türkiyənin haqlı mövqeyinin yanında olduğunu bəyan edir. Yeri gəlmişkən, artıq ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar ABŞ prezidentinin qondarma “erməni soyqırımı” mövqeyinə dair bəyanat imzalayıb. Bəyanatda da bildirilir ki, Ermənistanın tarixi faktların saxtalaşdırılması və ekspansiya siyasəti yalnız qardaş Türkiyəyə qarşı deyil, uzun illər ərzində Azərbaycana qarşı da həyata keçirilib. Təkcə 1918-ci ilin mart soyqırımı zamanı 12 mindən çox türk-müsəlman öldürülüb. Onların çoxunun meyitləri tapılmayıb. XX əsrin digər faciəsi Xocalı soyqırımıdır. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri tərəfindən 7 min əhalisi olan Xocalı şəhərində amansız cinayət törədildi. Baş vermiş bu faciələr təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdəndir. Aqressiv erməni siyasətinin bariz təcəssümü olan bu cinayətlərin uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almaması ikili siyasətin təcəssümüdür. Bu baxımdan, tarixi təhrif edərək ortaya atılan və baş verməyən bir qondarma “soyqırımı” məsələsini “siyasi dəyənək” kimi manipulyasiya vasitəsinə çevirən xarici dövlətlər və ya dairələr əsassız iddialara deyil, məhz ermənilər tərəfindən törədilmiş və bəşəri cinayət olan Xocalı soyqırımına əsl qiyməti verməlidirlər.

Bu gün baş verənlər bir daha dünyada fərqli standartların olmasını göstərir. Hər zaman vəhşiliyi, vandalizmi özünün dövlət siyasəti kimi qəbul edən, işğalçılığı, terrorizmi özünün ən ali məqsədi sayan ermənilər qondarma “soyqırımı” iddiaları kimi yalanlar üzərindən özlərinə yeni tarix yazmaq niyyətindədirlər. Amma bu baş tutmayacaq. Çünki tarixi təhrif edib yenidən yazmaq cəhdi yolverilməzdir.

Fikrət Məlikov,

Salyan rayonu Parça Xələc kənd sahə xəstəxanasının baş həkimi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir