Hüquq müdafiəçisi Oqtay Gülalıyev palataya köçürülüb.
Pressxeber.az “report”a istinadən xəbər verir ki, bu barədə hüquq müdafiəçisinin oğlu Əli Gülalıyev bildirib.
“Atam Oqtay Gülalıyev bu gün Amerikan xəstəxanasında (Türkiyənin İstanbul şəhərindədir – red.) palataya köçürülüb. Təəssüf ki, vəziyyəti ağır olaraq qalır.
Komadan ayılması, ağciyərinə və qanına düşmüş infeksiya üçün həkimlər müalicə edirlər”, – deyə Ə.Gülalıyev qeyd edib.