Oqtay Gülalıyev palataya köçürülüb

Hüquq müdafiəçisi Oqtay Gülalıyev palataya köçürülüb.

Pressxeber.az “report”a istinadən xəbər verir ki, bu barədə hüquq müdafiəçisinin oğlu Əli Gülalıyev bildirib.

“Atam Oqtay Gülalıyev bu gün Amerikan xəstəxanasında (Türkiyənin İstanbul şəhərindədir – red.) palataya köçürülüb. Təəssüf ki, vəziyyəti ağır olaraq qalır.

Komadan ayılması, ağciyərinə və qanına düşmüş infeksiya üçün həkimlər müalicə edirlər”, – deyə Ə.Gülalıyev qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir