İstanbulda güclü yanğın: Yaralılar var

Türkiyənin İstanbul şəhərinin Gençosman məhəlləsində 3 mərtəbəli binada yanğın baş verib.

Yeniavaz.com Türkiyə KİV istinadən xəbər verir ki, yanğın binanın sonuncu mərtəbəsində toxuculuq məmulatları istehsal edən sexdən başlayıb. Dərhal hadisə yerinə çoxlu sayda yanğınsöndürən, təcili yardım briqadaları cəlb olunub. Yanğın nəticəsində 5 nəfər xəsarət alıb, onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir. Yanğınsöndürənlərin səyi nəticəsində yanğının digər binalara keçməsinin qarşısı alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir