20 Yanvar Şəhidlərinin qanı ilə ucalan Azərbaycanın üçrəngli Dövlət Bayrağı bu gün bütün ərazilərimizdə qürurla dalğalanır

   Uca xalqımızın tarixində 20 Yanvar faciəsi həm böyük bir hüznün, həm də milli iradə və azadlığımızın göstəricisidir. 1990-cı ilin yanvarında sovet ordusunun Bakıda və ölkənin digər bölgələrində törətdiyi qanlı qırğın nəticəsində günahsız insanlar şəhid oldu.Lakin bu faciə xalqımızın azadlıq arzusunu boğa bilmədi.Əksinə, 20 Yanvar Şəhidlərinin tökülən qanı Azərbaycanın müstəqillik yolunu işıqlandırdı və bu yolun başında bu gün qürurla dalğalanan üçrəngli Dövlət Bayrağımız ucaldı. Bəli,20Yanvar xalqımızın milli oyanışın zirvəsi idi. Bu hadisə, faciə Azərbaycan xalqının azadlıq, suverenlik və milli ləyaqət uğrunda apardığı mübarizənin ən faciəli, eyni zamanda ən şərəfli səhifələrindən biridir,deyərdim. Dinc insanlara,əhalimizə qarşı ağır hərbi texnika ilə həyata keçirilən hücum yüzlərlə insanın həyatına son qoymuş,qadınlar, uşaqlar, yaşlılar bu vəhşiliyin qurbanına çevrilmişdi.Xüsusi vurğulamaq istəyirəm ki, həmin gecə xalqımızın qorxmadığını, əksinə, daha da birləşdiyini və iradəsini bütün dünya gördü. Şəhidlərin dəfni zamanı küçələrə axışan milyonlarla insan azadlıq istəyini açıq şəkildə ifadə etdi.Məhz bu hadisələr AZƏRBAYCANIN müstəqilliyə gedən yolunda  dönüş nöqtəsi oldu.20 Yanvar, təkcə faciə deyil, həm də milli ruhun sarsılmazlığının sübutu oldu. Üçrəngli Bayrağımız müstəqilliyimizin və kimliyimizin rəmzinə çevrildi.Milli kimliyimizin göstəricisi, qürurla dalğalanan üçrəngli Dövlət Bayrağımız ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmişdir.Göy rəng türkçülüyü, qırmızı müasirlik və demokratiyanı, yaşıl isə islam sivilizasiyasına bağlılığı ifadə edir. Aypara və səkkizguşəli ulduz isə milli və dini kimliyimizin, tarixi köklərimizin rəmzini ifadə edir. Keçmiş Sovet birliyi dövründə bu bayraq qadağan olunsa da, xalqın qəlbində yaşamağa davam etdi. 20 Yanvar hadisələri zamanı və sonrakı mitinqlərdə üçrəngli bayrağın yenidən meydanlara çıxması müstəqillik arzusunun açıq ifadəsi idi. Şəhidlərin qanı ilə müqəddəsləşən bu bayraq azadlığın əvəzsiz qiymətə başa gəldiyini bir daha xatırlatdı. Nəhayət bu gün Heydər Əliyev siyasi kursunu ictimai-siyasi sabitliyə, sosial rifaha və dinamik inkişafa hesablayaraq, uğurla yürüdən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi, Şəhidlərimizin canı və Qazilərimizin qanı bahasına, üçrəngli Dövlət Bayrağımız ölkəmizin bütün ərazilərində, o cümlədən uzun illər işğal altında olmuş torpaqlarımızda qürurla dalğalanır.Bu, təkcə hərbi-siyasi qələbənin deyil, həm də tarixi ədalətin bərpasının təntənəsi oldu. Şəhidlərimizin, o cümlədən 20 Yanvar şəhidlərinin ruhu qarşısında ən böyük mənəvi hesabat məhz budur, azad, suveren və bütöv Azərbaycan!, xüsusi qeyd etməliyəm ki, ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətləri sırasında 20 Yanvar faciəsinə verdiyi siyasi-hüquqi qiyməti xüsusi yer tutur. Məhz onun qətiyyətli mövqeyi nəticəsində bu qanlı hadisəyə obyektiv münasibət formalaşmış, 20 Yanvar Şəhidləri xalqımızın azadlıq mübarizəsinin qəhrəmanları kimi tarixə yazılmışdır. Bu gün Ulu Öndər Heydər Əliyevin  siyasi kursunu uğurla davam etdirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 20 Yanvar Şəhidləri hər il dövlət səviyyəsində dərin ehtiramla yad edilir, onların xatirəsinə ucaldılmış abidələr ziyarət olunur. Bu anım mərasimləri xalqımızın öz şəhidlərinə sədaqətinin, dövlətin isə milli yaddaşa və tarixi ədalətə verdiyi yüksək dəyərin bariz nümunəsidir. Məhz onun qətiyyətli mövqeyi nəticəsində bu qanlı hadisəyə obyektiv münasibət formalaşmış, 20 Yanvar Şəhidləri xalqımızın azadlıq mübarizəsinin qəhrəmanları kimi tarixə yazılmışdır. Hər bir azad edilmiş şəhərdə və kənddə ucaldılan bayraq dirəkləri xalqımızın əzmini, dözümünü və sarsılmaz iradəsini nümayiş etdirdi. Üçrəngli  bayrağımızın kölgəsində böyüyən gənc nəsil azadlığın nə qədər qiymətli olduğunu unutmadı. 20 Yanvar şəhidlərinin xatirəsi Azərbaycan xalqının yaddaşında daim yaşayacaqdır. Onların fədakarlığı sayəsində bu gün müstəqil dövlət kimi dünya xəritəsində öz yerimizi möhkəmləndirmişik.Hər il yanvarın 20-də xalqımız Şəhidlər xiyabanını ziyarət edərək azadlıq uğrunda canından keçən övladlarını ehtiramla yad edir.Ümumiyyətlə bu anım günləri təkcə keçmişə baxış deyil, həm də gələcək nəsillərə verilən dərs, azadlıq və müstəqillik asan qazanılmır, onu qorumaq isə hər bir vətəndaşın müqəddəs borcudur. 20 Yanvar Şəhidlərinin qanı ilə ucalan Azərbaycanın üçrəngli Dövlət Bayrağı bu gün bütün ərazilərimizdə qürurla dalğalanırsa, bu, xalqımızın sarsılmaz iradəsinin, şəhidlərimizin müqəddəs fədakarlığından və Prezidentimiz İlham Əliyevin qətiyyətinin, iradəsinin nəticəsidir.Bu bayraq dövlət rəmzimiz, milli qürurumuz, tariximiz və sabaha olan inamımızdır. Onu uca tutmaq, qorumaq və gələcək nəsillərə çatdırmaq isə hər bir azərbaycanlının şərəfli vəzifəsidir! Sonda qeyd edim ki, 20 Yanvar faciəsi xalqımızın qan yaddaşına yazılan və üçrəngli Dövlət Bayrağımızın bütün torpaqlarda qürurla dalğalanmasına aparan müqəddəs yolun başlanğıcı oldu.
YAP Saatlı rayonu,  15 saylı ƏPT-n sədri Vüqar MƏMMƏDOV.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir